BAKI, 10 noy – Sputnik. Türkiyənin Mardin vilayətinin Derik rayonunda partlayış törədilib. İcra hakimiyyəti binasında törədilən partlayışda bələdiyyə sədri də daxil olmaqla 3 nəfər yaralanıb.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hadisə PKK terrorçularının binanı raketlə atəşə tutması nəticəsində baş verib.
Şəhərin bələdiyyə sədri Fatih Safitürk Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına çatdırılıb.