BAKI, 10 noy — Sputnik. Bu gün günorta saatlarında Kürdəmir rayonu, Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şahsevəndə yanğın çıxıb
17:04 10.11.2016 (Yenilənib: 20:43 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.