Kipr probleminin həllində sona az qalıb?

Nikosiya
Nikosiya - Sputnik Azərbaycan
Abunə olmaq
Mont Pelerin qəsəbəsində davam edǝn müzakirələrdə razılıq ǝldǝ edilmǝyǝn mövzuları tǝhlil edǝn tǝrǝflǝr torpaq mövzusunu müzakirəyǝ başlayıblar.

BAKI, 10 noy – Sputnik. Şimali Kipr Türk Respublikası prezidentinin spikeri Barış Bürc, İsveçrədə davam edən müzakirələrdǝ irǝlilǝyiş olduğunu bildirib.

Sputnik “Haberler”-ə istinadən xəbər verir ki, Mont Pelerin qəsəbəsində davam edǝn müzakirələrdə razılıq ǝldǝ edilmǝyǝn mövzuları tǝhlil edǝn tǝrǝflǝr torpaq mövzusunu müzakirəyǝ başlayıblar.

Müzakirə edilǝn ǝn hǝssas mövzular arasında yer alan torpaq mǝsǝlǝsi eyni vaxtda prosesin ən çətin başlıqlarından biri hesab edilir.

Şimali Kipr Türk Respublikası Prezidentinin sözçüsü Barış Bürc, türk jurnalistlərǝ verdiyi açıqlamada prosesin arzu edilǝn istiqamǝtdǝ irəlilədiyini, torpaq meyarlarına dair razılıq ǝldǝ edilmǝsi halında müzakirǝlǝrin son mǝrhǝlǝsinǝ keçilǝcǝyini vurğulayıb.

Xəbər lenti
0