CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fəxri ad almağım möcüzədir"

Abunə olmaq
Fəxri ad almış televiziya jurnalistləri təəssüratlarını Sputnik-lə bölüşdülər

BAKI, 10 noy — Sputnik. ""Vətənə xidmətə görə" ordeni ilə təltif olunduğuma görə dərin minnətdarlığımı bildirirəm. Bu orden 7 noyabr 2003-cü il tarixində təsis edilib və olduqca nüfuzlu ordendir". 

Головной офис ЗАО Теле- и радиопередачи Азербайджана в Баку - Sputnik Azərbaycan
Azərbaycan prezidenti televiziya və radio işçilərini təltif edib

Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan tele-jurnalistikasının bu günü və gələcəyi" mövzusunda keçirilən mətbuat konfransında, politoloq Fikrət Sadıxov belə deyib: "2 ay əvvəl mənə zəng edib ad və soyadımı dəqiqləşdirmişdilər. Səbəbi soruşanda mənə cavab verməyib sonra öyrənəcəyimi dedilər. Ondan 2-3 həftə sonra mən bu hadisəni unutdum və teleradio günündə özümü təltif olunanlar siyahısında gördüm".

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla isə bir sıra xadimlərə orden, medal və diplomlar verilib.

"Mən heç bir televiziyanın işçisi deyiləm. 80-ci illərin əvvəllərində Azərbaycan Televiziyasında "Təzadlar" verilişini aparırdım. Bu, ideoloji-siyasi veriliş idi, lakin paralel olaraq maarifləndirmə işi də aparırdım. Mənim üçün həmişə Azərbaycanın maraqları hər şeydən üstün olub və mən həmişə bu prinsipə əməl etməyə çalışmışam", — deyə Fikrət Sadıxov bildirib.

Politoloqun sözlərinə görə, bizim tele-jurnalistika əhəmiyyətli dərəcədə önə gedib: "Həm kadr potensialı baxımından, həm texnoloji təminat baxımından bizim televiziya çox önə gedib. Bunu adi gözlə də görə bilərik. Sevindirici haldır ki, peşəkar kadrlar artıb və yeni kanallar yaranıb. Lakin bizim kanallarda yaxşı analitik verilişlər çatışmır. Mən daha çox dinamika görmək istərdim. Bəzi aparıcılar statistik sual verib, cavab gözləyirlər və diskussiya yaranmadan başqa sualı oxuyurlar".

Jurnalkistika - Sputnik Azərbaycan
CƏMİYYƏT
Jurnalistlərin "yaralı yeri": haqqın olanı ala bilməyəsən

"Əməkdar artist" fəxri adı alan tele-aparıcı Nərgiz Cəlilova isə tədbirdəki çıxışında bu hadisəni bir möcüzə adlandırıb: "Öz həmkarlarımı ürəkdən təbrik edirəm. Onların əhatəsində olmaq mənə çox xoşdur. Mən televiziyaya 1983-cü ildə gəlmişəm və 10 il Azərbaycan Televiziyasında çox böyük istək, arzu və niyyətlərlə, gələcəyə böyük ümidlərlə çalışmışam. 10 il çalışandan sonra digər müstəqil televiziya kompaniyalarında işləmişəm. 1993-cü ildə Azərbaycan Televiziyasını tərk edəndən 22 il sonra məni yenidən oraya dəvət etdilər. Mənim üçün bu, bir möcüzə idi. Çünki iki il sonra televiziyamızın 60 illiyini, radiomuzun 90 illiyini qeyd etdik və nə yaxşı ki, mənim də təqdimatımı Azərbaycan Televiziyasından verdilər".

"Məni həmişə bir məsələ incidib ki, rus məktəbini bitirən bizim Azərbaycan vətəndaşlarımız, nədənsə Azərbaycan dilində danışa bilmirlər. Məncə, ən böyük problem budur. Biz vaxtaşırı bu məsələyə də münasibətimizi bildirməliyik ki, bu problem kənarda qalmasın", — deyə o bildirib.

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş Elnarə Məmmədovanın sözlərinə görə isə, son illər biz yeni texnologiyaların jurnalistikanı necə dəyişdiyini görürük: "İndi jurnalistlərin daha çox imkanları var: onlar blog yarada bilərlər, şəkillər çəkə bilərlər, "like"lar qazana bilərlər və s. Yəni jurnalistika yeni imkanlar qazanıb".

"Lakin biz peşəkar və həvəskar jurnalistikanı ayırmalıyıq. Çünki jurnalistikanın əsasında bir neçə mühüm prinsip qalmalıdır. İlk növbədə bu, məlumatlandırma prinsipi və etik qaydalardır. Həvəskar jurnalistlər bəzən bu prinsiplərə əməl etmirlər", — deyə o bildirib.

Xəbər lenti
0