BAKI, 10 noy — Sputnik. 7-8 noyabr tarixlərində Bakıda "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilib. Konfrans çərçivəsində xarici və yerli mütəxəssislər Yuğ Dövlət Teatrının M. Mikayılovun "Medeya. Sekvensiya 01" və baş rejissor G. Ömərin "Naməlum Axundzadə" tamaşalarına baxdı. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.
Yuğ Dövlət Teatrının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, M. Mikayılovun "Medeya. Sekvensiya 01" tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət edilib.
Həmçinin Konfransın ikinci günü (8 noyabr) Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov "Yuğ teatrı: Şərqdə Qərb paradoksu" adlı məruzə ilə çıxış edib. E. Cəfərovun çıxışı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.