BAKI, 10 noy — Sputnik. Birləşmiş Ştatlar Dövlət Departamentinin spikeri Mark Toner sədrliyi təhvil verəcəkləri günə qədər xarici siyasətlərinin olduğu kimi davam edəcəyini bildirib. Sputnik bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Donald Trampın seçkilərdə qələbə qazanmasından sonra mətbuat konfransı keçirən Mark Toner, xarici siyasətin eyni şəkildə davam edəcəyini söyləyib. O, seçkilərdən sonra keçid prosesində iki vacib məsələyə diqqət yetirəcəklərini də qeyd edib.
Spiker bu məsələlərdən ilkinin xarici siyasət, ikincisinin isə ölkənin milli təhlükəsizliyi olduğunu vurğulayıb.