Tele-aparıcı: Rus məktəbini bitirən vətəndaşlarımız öz dilində danışa bilmirlər

© Sputnik / Murad OrujovНа мероприятии в Мультимедийном пресс-центре Sputnik Азербайджан было обсуждено будущее азербайджанского телевидения
На мероприятии в Мультимедийном пресс-центре Sputnik Азербайджан было обсуждено будущее азербайджанского телевидения - Sputnik Azərbaycan
Abunə olmaq
Nərgiz Cəlilova: Bu bir möcüzə idi

Nərgiz Cəlilova: Bu problem kənarda qalmamalıdır
Noyabrın 7-də Azərbaycan Respublikasının prezidenti televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Digər sərəncamla isə bir sıra xadimlərə orden, medal və diplomlar verilib.

“Əməkdar artist” fəxri adı alan tele-aparıcı Nərgiz Cəlilova deyir ki, bu hadisə bir möcüzə idi: “1993-cü ildə Azərbaycan televiziyasını tərk edəndən 22 il sonra məni yenidən oraya dəvət etdilər. Mənim üçün bu bir möcüzə idi. Çünki iki il sonra televiziyamızın 60 illiyini, radiomuzun 90 illiyini qeyd etdik və nə yaxşı ki, mənim də təqdimatımı Azərbaycan televiziyasından verdilər”.

“Məni həmişə bir məsələ incidib ki, rus məktəbini bitirən bizim Azərbaycan vətəndaşlarımız nədənsə Azərbaycan dilində danışa bilmirlər. Məncə, ən böyük problem budur. Biz vaxtaşırı bu məsələyə də münasibətimizi bildirməliyik ki, bu problem kənarda qalmasın”, — deyə o bildirib.

Xəbər lenti
0