Elxan Şahinoğlu: Qarabağ danışıqları yerində sayır

© Sputnik / Murad OrujovЭльхан Шахингоглу, политолог
Эльхан Шахингоглу, политолог - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Gözləntilərimiz baş vermədi, əksinə, Ermənistanın təxribatları davam edir

Elxan Şahinoğlu: Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun daha da konservləşdirilməsinə xidmət edir
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyir ki, hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda nəticə əldə etmək mümkün deyil: “Həmsədrlər prezidentlərin görüşünü də təşkil edə bilmirlər, çünki danışıqlarda irəliləyiş yoxdur. Erməni təxribatları isə davam edir. Belə vəziyyətdə danışıqlarda nəticə əldə etmək mümkün deyil, çünki erməni tərəfinin xoş niyyəti yoxdur”.

“Ceyms Uorlik də digər tərəfdən deyir ki, Hamburqda xarici işlər nazirlərinin görüşü olacaq. Bu sıradan növbəti bir görüşdür və ondan da real nəticə gözləmək əbəsdir. Heç bu görüşün baş tutub tutmayacağı özü də sual altındadır. Prezidentlərin də görüşü ilin sonuna qədər baş tutmayacaq. Mən ATƏT həmsədrlərindən real fəaliyyət gözləmirəm, çünki onların sonuncu səfərləri də böyük təəssüf doğurdu”, — deyə o bildirib.

Xəbər lenti
0