Deputat: Amerika öz siyasətində dəyişikliklər etməlidir

© Sputnik / YoutubeАсим Моллазаде
Асим Моллазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə: Güman edirəm ki, Trampın prezidentliyi dövründə tərəfdaşlığımız daha da artacaq

Deputat: Çox istərdik ki, ABŞ yeni seçilmiş prezidenti ilə bölgədə münaqişələrin həlli ilə bağlı fəaliyyətini gücləndirsin.
"Trampın prezident seçilməsi ilə yanaşı, həm senatda, həm də Konqresdə Respublikaçılar Partiyası üstünlük qazanıb. Amerika öz siyasətində müəyyən dəyişikliklər etməlidir, bu dəyişiklik münaqişələrin həllində, dünyada sabitliyin bərqərar olmasında ABŞ-ın daha fəal olmağına gətirib çıxaracaq", — Milli Məclisin deputatı Asim Mollazadə Sputnik-ə açıqlamasında belə deyib.

O, seçki kampaniyası dövründə ABŞ-dakı erməni lobbisinin Donald Trampın əleyhinə təbliğat apardığını və Trampın bu lobbi ilə heç bir əlaqəsinin olmamasının Azərbaycan üçün müsbət hal olduğunu söyləyib: "Azərbaycan Birləşmiş Ştatlarla bir neçə istiqamətdə əməkdaşlıq edir. Və mən güman edirəm ki, Trampın prezidentliyi dövründə bu tərəfdaşlıq daha da artacaq. Münasibətlər çox şaxəli istiqamətlərdə daha da inkişaf edəcək".

"Və biz çox istərdik ki, ABŞ yeni seçilmiş prezidenti ilə bölgədə münaqişələrin həlli ilə bağlı fəaliyyətini gücləndirsin. Burada digər bir ciddi məsələ də var ki, Donald Trampın prezident seçilməməsi üçün erməni lobbisi çox ciddi işlər görürdü. Trampın məhz bu diasporla heç bir əlaqəsi yoxdur. Onun üçün biz ümidvarıq ki, ABŞ-ın yürüdəcəyi siyasət, bilavasitə Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq", — A. Mollazadə vurğulayıb.

Xəbər lenti
0