Donald Trampın prezident seçilməsi dünya liderlərini şoka salıb

Abunə olmaq
Fransanın Amerikadakı səfiri Jerard Araud seçkinin nəticəsini “Gözlərimizin önündə bir dünya yıxılır” kimi qələmə verib.

BAKI, 9 noy – Sputnik. ABŞ-dakı prezident seçkilərində Respublikaçı Donald Trampın qalib gəlməsi Avropanı şoka salıb. Köhnə qitənin dövlət təmsilçiləri dünyanın uçuruma yuvarlanmasından narahatdır. Fransanın Amerikadakı səfiri Jerard Araud seçkinin nəticəsini “Gözlərimizin önündə bir dünya yıxılır” kimi qələmə verib.

Almaniyanın müdafiə naziri Ursula Von Der Leyen söz tapmaqda çətinlik çəkdiklərini, şok yaşadıqlarını bildirib. 

Avropa parlamentinin sədri Martin Şults da nəticədən məmnun qalmadıqlarını söyləyib. O deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla işləmək olduqca çətin olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Amerikadakı seçkinin nəticələrini dəyərləndirib. 

“Birləşmiş Ştatlarda yeni dövr başlayır. Trampın seçilməsi ABŞ xalqının seçimidir. Bu seçimin dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram”, — deyə Ərdoğan qeyd edib.

Xəbər lenti
0