Azərbaycanın bölgələrində ən hündür bayraq bu rayondadır

© Sputnik / Ilham MustafayevŞəmrik rayonunun Bayraq meydanı
Şəmrik rayonunun Bayraq meydanı - Sputnik Azərbaycan
Abunə olmaq
Burada inşa edilən bayraq dirəyinin uzunluğu 98, ondan asılan bayrağın eni 20, uzunluğu isə 40 metrdir.

İlham Mustafa, Sputnik Azərbaycan

Bayraq hər bir dövlətin mövcudluğunu sübut edən üç əsas atributdan biridir. Hələ qədimlərdən hər bir qəbilə, ailə, tayfa digərlərindən seçilmək üçün öz bayrağını yaradıb. 

Bayraqlar onların məskun olduğu ərazinin ən yüksək yerindən asılıb. Tarixin ayrılmaz hissəsi olan müharibələrdə hər bir tərəfə aid bayraqlar döyüş meydanında ən güclü və cəsur əgərlər tərəfindən dalğalandırılıb və qorunub. Hər hansı bir tərəfin bayrağı ələ keçirilsə, döyüşün nəticəsindən asılı olmayraq həmin tərəf məğlub hesab olunub. 

Bayraq hər bir qurumun milli kimliyini, dilini, dinini, mədəniyyətini ifadə edib. Dövlətimizin rəmzi olan üçrəngli Azərbaycan bayrağı da, rəngləri və təsvirləri ilə bütün bunları özündə əks etdirib. Türkçülüyü, azadlığı, İslamı özündə birləşdirən dövlət bayrağımız Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən 9 noyabr 1918-ci ildə təsdiq edilib. 

Lakin XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı, 1920-ci il may ayının 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib. Lakin AXC qurucularından olan Məhəmməd Əmin Rəsulzadınin dediyi "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözləri öz təsdiqini gec də olsa, tapıb. 1991-ci ildən başlayaraq üçrəngli bayraq yenidən müstəqil Azərbaycan Respublikasının milli rəmzinə çevrilib. 

© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
1/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi.
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
2/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
3/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi.
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
4/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi.
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
5/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
6/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
7/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
8/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
© Sputnik / Ilham MustafayevŞəmkir rayonundakı Bayraq Muzeyi
Şəmkir rayonundakı Bayraq Muzeyi - Sputnik Azərbaycan
9/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
1/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
2/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
3/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
4/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
5/9
Şəmkir rayonundakı Bayraq Muzeyi.
6/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
7/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
8/9
Şəmkir rayonundakı Bayraq Muzeyi
9/9
Şəmkir rayonundakı Bayraq Muzeyi

2010-cu ildə tikintisi başa çatan Dövlət Bayrağı Meydanı isə hündürlüyünə və böyüklüyünə görə dövrünün ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına düşüb. Bundan sonra demək olar ki, Azərbaycanın bütün rayonlarında bayraq meydanları tikilməyə başlanıb. 

Rayonlarda ucaldılmış bayraq meydanlarından ən hündürü isə Şəmkir rayonunda inşa edilib. Şəhərin girişində 4,5 ha ərazidə salınan meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 98 metr, ondan asılan bayrağın uzunluğu 40 metr, eni isə 20 metr təşkil edir. 

Eyni zamanda, burada yaradılmış Bayraq Muzeyi eksponatları və genişliyinə görə də seçilir. Muzeyin işçisi Ağgül Əhmədova Sputnik-ə açıqlamasında, Şəmkir Bayraq Meydanının digər bir fərqini də qeyd edib. Belə ki, bu kompleks həm meydan, həm də Bayraq Muzeyi kimi fəaliyyət göstərir.

Səkkizguşəli ulduz formasında tikilən, xarici vitrajları şüşə paketdən hazırlanmış, ikimərtəbəli muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənir. Həmçinin burada Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri də nümayiş olunur.

Təqdimatçı, həmçinin, əlavə etdi ki, Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatının sürəti də bu muzeydə saxlanılır.

Xəbər lenti
0