BAKI, 8 noy — Sputnik. İran İslam Respublikası növbəti prezident seçkiləri ərəfəsindədir. Ölkənin növbəti prezidenti kim olacaq? İndi bu sual həm ölkə daxilində, həm də xaricdə çoxlarını düşündürür.
İran üzrə müstəqil ekspert İqor Pankratenkonun sözlərinə görə, bu məsələnin iki yolu var: “Ya İran düzəlişlər edərək İslam İnqilabının bəzi prinsiplərini saxlayır, ya da ki, Ruhani komandasının keçirmək istədiyi islahatların təsiri altında zəif iqtisadiyyatı olan, qlobal rəqabətə davam gətirə bilməyən adi burjua-kapitalist dövlətə çevrilir”.
“Problem ondadır ki, Ruhani kabinetinin opponentləri – mühafizəkarlar hələ öz namizədlərini seçməyiblər. Məncə, Ruhaninin rəqibi mart-aprel aylarından tez məlum olmayacaq. Hələ ki heç kəs özünü Ruhaninin rəqibi qismində göstərmək istəmir. Danışıqlar və şərtlərin razılaşdırılması prosesi gedir”, — deyə o bildirib.