BAKI, 8 noy — Sputnik. "Türkiyədə fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir". Sputnik SABAH-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
"Biz alman hökumətindən PKK terror təşkilatının 4 min üzvünü istədik. Amma heç bir nəfərini ala bilmədik. PKK Almaniyanın hər şəhərində Türkiyədə terror törətmək üçün pul toplayır. Və maraqlısı odur ki, PKK-lı terrorçular sığınacaq üçün, məhz Almaniyanı seçirlər", — nazir bildirib.
Çavuşoğlu, problemin həlli üçün ikitərəfli diplomatik danışıqların vacibliyini vurğulayıb.