Ərəblər ərəbləri necə aldadırlar və Azərbaycanın imicini necə korlayırlar

© Sputnik / Murad OrujovАрабка в парандже на улице Торговой в Баку
Арабка в парандже на улице Торговой в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb ölkələrindən gələnlərin respublikamızda qurduğu birgünlük firmalar öz həmvətənlərinin bura səfərini təşkil edir və onları pulu ödənilməmiş otellər, qanunsuz ov ocağının içinə buraxırlar.

BAKI, 8 noy-Sputnik. Ərəb ölkələrindən olan fırıldaqçılar turizm fəaliyyətləri ilə bağlı lisenziyadan istifadə edərək Azərbaycanda birgünlük şirkətlər qurur və öz həmvətənlərini aldadaraq Azərbaycanın imicinə zərbə vururlar. 

Bu barədə Sputnik-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov məlumat verib. 

Heç kəsə sirr deyil ki, bu il Azərbaycan ərəb dünyasından olan turistlərin əsas prioritet istiqamətlərindən biri olub. Turizmin stimullaşdırılması istiqamətində atılan addımlardan biri də prezident İlham Əliyevin 21 dekabr 2015-ci ildə verdiyi "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmanıdır. Onda Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb edilən sahələr siyahısından çıxarılmışdı. 

Lakin tezliklə aldadılmış azərbaycanlı turistlərlə bağlı kriminal işlər ortaya çıxmağa başladı: fırıldaqçılar hökumətin etibarından sui-istifadə etmişdilər. Lakin bu yaxınlarda yalanın qurbanı həm də ərəb ölkələrindən gələn turistlər olublar.

Bakıdakı ərəb turistlər - Sputnik Azərbaycan
Ərəb turistlər barədə bilmədikləriniz
Bağırovun sözlərinə görə, bu yay o özü bir neçə belə halla qarşılaşıb. Misal üçün, üç ailəni təcili yerləşdirmək lazım gəlib. Məlum olub ki, onlar Azərbaycanda turpaketlərə pul ödəyiblər, amma sonra otellərdə öncədən sifariş olunmuş yerlərin pulunun ödənilmədiyini öyrəniblər. Bu turistlər qalmağa yer üçün əlavə vəsait xərcləməli olublar. Çünki onların başqa çıxış yolları qalmayıb. Həmin turistləri elə  onların öz həmvətənləri aldadıb. 

Assosiasiyasının rəhbəri bildirib ki, ərəb ölkələrindən gəlmiş bir sıra ərəblər özlərinə burada yer edəndən sonra Azərbaycanda birgünlük firmalar qururlar. Bundan sonra onlar öz həmvətənlərinin bura gəlişini təşkil edirlər. Onlar üçün dil baryeri olmaması səbəbindən ərəbdilli turistlərlə işləmək asan olur. Onlardan bəziləri hətta burada ekoturlar təşkil edirlər.

Onlar ləpirçilər və brakonyerlərlə razılıq əldə edərək Azərbaycana ov etməyə adamları gətirirlər. Turistlər heç nədən şübhələnməyərək qanuni ovla məşğul olduqlarını düşünürlər. Onlar ov üçün lisenziyanın alınması da daxil olmaqla, lazım olan bütün vəsaitləri ödəyirlər. Amma yekunda əgər onlar Azərbaycanın asayiş keşikçiləri tərəfindən saxlanılsalar, məlum olur ki, onlara Azərbaycanda ovla məşğul olmağa heç kəs icazə verməyib.

Ov tüfəngi - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
“Bədbəxt turist düşünür ki, onda hər şey leqaldır, amma əslində isə belə deyil. Hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqda, onlarda elə təəssürat yaranır ki, Azərbaycanda hər şey pisdir, daha bura gəlməyə dəymir. Vətənə qayıdanda onlar tanışlarına deyirlər ki, məbadə Azərbaycana gedələr” – deyə ekspert bildirib. 

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi son məlumatlara görə, 2016-cı ildə ölkə ərazisində Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İraq, Suriya və Türkiyədən olan 16 brakonyer saxlanılıb. 

Bağırov ümid edir ki, bu vəziyyəti Turist reyestri dəyişə bilər. Bu, bütün təşkilatların qanun çərçivəsində fəaliyyətlərini tənzimləyərdi.

Qeyd etmək lazımdır ki, Turist reyestrinin təşkili məsələsinə hazırda Milli Məclisdə “Turizm haqqında” qanun çərçivəsində baxılır. Bu sənədin 2017-ci ildə qəbul olunacağına Azərbaycan hökuməti də ümid edir. Turist reyestri öz növbəsində lisenziyalaşdırmanın alternatividir. Qanuna ediləcək əlavələrdə turizm obyektləri, təlimatlar, sürücülər və digər xidmətlər, o cümlədən sahibkarlar haqqında bütün məlumatlar veriləcək. 

Xəbər lenti
0