BAKI, 8 noy — Sputnik. Birləşmiş Ştatların nüfuzlu media şirkətləri və sorğu mərkəzləri ölkənin 45-ci prezidentinin kim olacağına dair öz proqnozlarını açıqlayıb. Onlar bunu keçirilən rəy sorğularına əsasən bildiriblər.
Sputnik BBC-yə istinadən bildirir ki, rəy sorğularına əsasən keçmiş dövlət katibi Hillari Klinton rəqibi — Respublikaçılar Partiyasının namizədi Donald Trampı 5% qabaqlayır. Həmçinin Amerika və İngiltərədəki bir çox mərc saytlarında iştirakçıların 80 faizə yaxını Klintonun qələbə qazanacağı variantını seçib.