BAKI, 8 noy — Sputnik. 9 noyabr — Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 10 noyabr tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda respublika ərazisində 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.