Suriyada uşaq bağçası bombalandı

© REUTERS / Zohra BensemraMosul, Iraq
Mosul, Iraq - Sputnik Azərbaycan
Abunə olmaq
Bombardıman nəticəsində 8 uşaq həlak olub, 15 uşaq yaralanıb

BAKI, 7 noy — Sputnik. Suriyanın paytaxtı Dəməşqdə hökumət qüvvələrinin uşaq bağçasını bombalaması nəticəsində 8 uşaq həlak olub, 15 uşaq yaralanıb. Sputnik bu barədə Sabah-a istinadən məlumat verir.

Rejimə məxsus topçu birliyi Dəməşqdə müxalifətin nəzarətindəki Harestan bölgəsində Bunet əl-Müstakbəl adlı uşaq bağçasını bombalayıb. Top mərmisi uşaq bağçasına tənəffüs zamanı düşüb. Yaralanan uşaqlar bölgədəki səhra xəstəxanasında müalicə olunurlar.

Bundan başqa, rejimə məxsus qırıcılar paytaxtın Hamuriyə yaşayış məntəqəsini də bombalayıb. Ölən və yaralananlar olduğu bildirilir.

Xəbər lenti
0