Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qalmaqallı qətlin sifarişçisi Lənkəranski deyilmiş

© Photo : PUBLIC DOMAINMəşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya hüquq mühafizə-orqanları bilərəkdən diqqətləri Rövşən Canıyevin üzərinə yönəldir"

Bakı, 7 noy — Sputnik. Bəzi Rusiya və Azərbaycan KİV-lərinin yazdığına baxmayaraq, Rövşən Lənkəranski adı ilə məhşurlaşan qanuni oğru Rövşən Canıyev, 46 yaşlı moskvalı biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi deyil. Bu barədə Sputnik-ə oğru aləminə yaxın mənbələrdən məlumat verilib.

Rövşən Lənkəranski və Şeyx Hamzat - Sputnik Azərbaycan
HADİSƏ
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək

Xatırladaq ki, Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, "Slavyan bulvarı" ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. Rövşən Lənkəranski isə bu ilin 18 avqustunda İstanbulda güllələnib.

Mənbənin bildirdiyinə görə, Canbulat Şamiloğlu Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi və onun ətrafında hamı bilirdı ki, o, bu axına nəzarəti oğru aləmindəki bağlılığının köməyi ilə edir: "Bəli, Canıyev və Canbulat arasında münaqişə Moskva regionunun ən böyük topdansatış göyərti bazası üstündə başlamışdı. Həmin vaxt bu baza Lənkəranski və onun şəriki, qanuni oğru Levan Canqveladzeyə tabe idi. Bu bazaya furalarla gətirilən mallar, sonradan topdansatış qiymətləri ilə digər avtoritetlərə, həmçinin Canbulata tabe olan bazarlara dağıdılırdı".

"Amma sonradan bu bazanı digər kriminal avtoritet — Vaqif Süleymanov da ələ keçirmək istədi. Canbulatla işbirliyinə girən Vaqif "optovik"ləri öz tərəfinə çəkdi. Ona görə də 2016-cı ilin əvvəlində Canıyevə məxsus baza demək olar ki, boşaldı və topdansatışçılar Kaluqa şosesində yerləşən bazaya köç etdilər", — deyə mənbə bildirib.

Mənbə, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının versiyasını — Canbulatın Rövşənin sifarişi ilə öldürülməsi versiyasını birmənalı inkar edib. Onun sözlərinə görə, biznesmeni onun yerliləri — azərbaycanlılar, konkret olaraq, gəncəlilər aradan götürüblər və bu işdə əsas rollardan birini Rəşad İsmayılov (qanuni oğru Rəşad Gəncinski) oynayıb.

"Bəli, Canbulatı Rövşən Canıyevin tərəfdarları cəzalandırdılar, amma bu, şəxsən Rövşənin sifarişi deyildi. Məsələ ondadır ki, Canbulat Rövşənin əleyhinə adi söz deyən adamları da maliyyələşdirirdi. Bu siyahıda Əlibala Həmidov (Qoca Yasamalski), Rəşad İsmayılov, Zaur Əliyevin (Zayka) adları var. 2010-cu ildə Moskvada avtoritet Miri Şamaxinskinin öldürülməsindən sonra Canbulat Rövşəni tənqid edənlərə hərtərəfli yardım edir və hər yerdə deyirdi ki, "Mirini Lənkəranski öldürtdürüb"", — deyə mənbə bildirib.

Başqa bir məlumatlı mənbə də, birinci mənbənin sözlərini təsdiq edərək, bildirib ki, Canbulatın ölümündə gəncəlilərin əli var: "Onlar Canıyevin biznesini ələ keçirmək istəyirdilər. Canıyevlə münaqişə onların işinə yaradı. Rusiya hüquq-mühafizə orqanları Canbulatın ölümündə günahkar olanları saxlayıblar. Onlar dəqiq sifarişçinin kim olduğunu bilirlər və bilə-bilə istiqaməti, həyatda olmayan Canıyevə yönəldirlər. Təbii ki, Canıyev ölüb və artıq təhlükə mənbəyi deyil".

Xəbər lenti
0