"Nar bayramı" Göyçay rayonunda artıq 11-ci dəfədir keçirilir. Bu, sadəcə festival və ya satış yarmarkası deyil. Burada iştirak edən hər adam özü üçün nəsə öyrənə bilər: xalq çalğı alətlərinin düzəldilməsindən, xalq rəqslərinin öyrənilməsindən tutmuş, Azərbaycan mətbəxinin zəngin nümunələrini bişirməyi öyrənməyə qədər.
Bu bayram ilk dəfə 2006-cı ildə keçirilib. Və artıq 11-ci ildir ki, oktyabrın 26-dan noyabrın 7-nə qədər insanlar Göyçaya toplaşır və bayram edirlər. Rayonda 4 min hektarlıq ərazidə nar yetişdirilir və hər il 50 min tona qədər məhsul yığılır.
Bayramın keçirildiyi əsas məkan — nar yarmarkasıdır. Burada iştirakçılar folklor qruplarının çıxışları, mahnı və rəqs ansambllarının çıxışları, prizlər təqdim edilməklə müxtəlif müsabiqələrin keçirilməsinın şahidi olurlar. Bu il qonaqlar rayonun müxtəlif kəndlərində yetişdirilmiş məhsulları dadmaq imkanı əldə etdilər: "gülöyşə", "vələs", "şıxbaba" sortlarının dadına heyran qalan qonaqlar, ən böyük, çəkisi 1,5 kq olan narı da gördülər.
Xaricdən gələn qonaqlar milli havaların sədası altında rəqs edir, qadınlar isə nardan düzəldilən ən populyar məhsul olan narşərabın necə hazırlanmasının reseptini öyrənirdilər.