Mixail Saakaşvili istefa verdi

© Sputnik / Aleksey VovkMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə bir çətin vəziyyətdə getməyə və yeni mübarizə mərhələsinə başlamağa qərar verdim. Ukraynada hakimiyyət dəyişsə də, ölkədə hələ də korrupsiya "çiçəklənir""

BAKI, 7 noy — Sputnik. Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili istefa verib. Sputnik xəbər verir ki, o, bu gün "Facebook" vasitəsilə keçirdiyi canlı yayımda belə açıqlama verib.

Saakaşvili bu qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaqda maraqlı olmaması ilə əlaqələndirib: "Belə bir çətin vəziyyətdə getməyə və yeni mübarizə mərhələsinə başlamağa qərar verdim. Ukraynada hakimiyyət dəyişsə də, ölkədə hələ də korrupsiya "çiçəklənir"".

Onunla birlikdə, Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Giorgi Lordkipanidze də istefa verib.

Xəbər lenti
0