SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyada görüşü olacaq

© REUTERS / Sergei KarpukhinElmar Məmmədyarov və Edvard Nalbandyan
Elmar Məmmədyarov və Edvard Nalbandyan - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

BAKI, 7 noy — Sputnik. Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.

Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.

Xəbər lenti
0