BAKI, 7 noy — Sputnik. İraq ordusunun iki il əvvəl İŞİD terrorçularının nəzarətinə keçən Mosul şəhərinə başlatdığı əməliyyatda, terror təşkilatının üçüncü şəxsi, Əbu Həmzə ləqəbli döyüşçü məhv edilib. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun generalı Əhməd əl-Cuburi məlumat verib.
O deyib ki, Əbu Həmzə İŞİD-in "son qalası" hesab edilən əl-Alil rayonuna təşkil edilən hücum zamanı zərərsizləşdirilib. Terrorçunun xarici ölkə vətəndaşı olduğunu deyən əl-Cuburi, onun kimliyi barədə isə detal verməyib. Əhməd əl-Cuburi, İŞİD-li döyüşçülərin sivil xalqdan qalxan kimi istifadə etdiyini də söyləyib.