BAKI, 7 noy — Sputnik. İngiltərənin Bedford şəhərindəki həbsxanada qiyam baş verib. Sputnik İndependent-ə istinadən xəbər verir ki, əraziyə polis qüvvələri cəlb edilib.
Artıq həbsxanada sükunətin bərpa olunduğu bildirilir. Hadisənin səbəbləri və təfərrüatları barədə məlumat verilmir. Ölən və yaralanan olmadığı da qeyd olunur.