BAKI, 7 noy — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 4-ü ilə müqayisədə dəyişməyərək 1,6596 manat səviyyəsində qalıb.
Avro manata nisbətən ucuzlaşaraq 1,8377 manat olub. Rusiya rublu da 1,15% ucuzlaşaraq 0,0258 manat səviyyəsinə çatıb. Həmçinin Türkiyə lirəsinin məzənnəsi 1% ucuzlaşaraq 0,5255 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0674 manatdır. Beləliklə, funt sterlinq 0,06%-lik azalma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,75% möhkəmlənərək 0,6839 manat təşkil edib.