BAKI, 7 noy — Sputnik. Filippin dövləti Birləşmiş Ştatlarla olan silah müqaviləsini ləğv edib. Sputnik CNBC-yə istinadən xəbər verir ki, bu barədə Filippin prezidenti Rodriqo Duterte özü məlumat verib.
Duterte bu qərarı daha sərfəli və etibarlı silah satıcısı axtarışı ilə izah edib: "Bizə daha ucuz və daha etibarlı silah satan tərəfdaş ölkə lazımdır".