BAKI, 6 noy — Sputnik. İraqın Samirə şəhərində törədilmiş terror aktı nəticəsində 10 iranlı zəvvar həyatını itirib.
"Report" xəbər verir ki, şiə zəvvarlar Samirə şəhərindəki Əl-Əsqəri məscidini ziyarət etməyə gəliblərmiş.
Zəvvarlar turist avtobusuna əyləşən zaman terrorçu nəqliyyat vasitəsinə yaxınlaşıb və partlayıcı qurğunu işə salıb.