BAKI, 5 noy-Sputnik. Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun “Payatsı” operasının tamaşası keçiriləcək.
Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini — Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti — Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib.
Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcək.
Qeyd edək ki, tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri — Əməkdar Artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər.
Xatırladaq ki, tamaşanın dirijoru xalq Artsti, professor Yalçın Adıgözəlovdur.