Bakı-Tbilisi-Qars xətti bu ilin sonu açılacaq

© Photo : REPORT IAПоезд холдинга Stadler Rail Group
Поезд холдинга Stadler Rail Group - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan: Bakı-Tbilisi-Qars layihəsi Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq.

BAKI, 5 noy — Sputnik. "Səkkiz il davam edən qlobal maliyyə böhranının neqativ təsirlərini yalnız islahatlar yolu ilə aradan qaldırmaq olar". Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu qonşu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Maliyyə konqresində çıxışı zamanı bildirib.

"Lazımi islahatların aparılmaması səbəbindən qlobal iqtisadiyyat 2008-ci ildəki həcmə çata bilməyib", — deyə prezident bildirib.

Onun sözlərinə görə, ciddi çağırışlara baxmayaraq, Türkiyə iqtisadiyyatı artım nümayiş etdirir: "Böyük dövlətlərin iqtisadi artım tempi 2% səviyyəsində olduğu halda, qeyri-stabil regionda yerləşən Türkiyənin iqtisadiyyatı 3-4% artıb. Qlobal maliyyə böhranı başlayan zaman mən bildirmişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri buna ciddi yanaşmadı. Lakin reallıq göstərdi ki, bir qədər qeyri-stabilliyi ilə seçilən 2009-cu ili nəzərə almasaq, Türkiyə iqtisadiyyatı rekord templərlə inkişaf etdi".

Ərdoğan bildirib ki, iri layihələrin reallaşdırılması davam etdirilir: "Ölkədə çevriliş cəhdinə baxmayaraq, biz bu layihələrin reallaşdırılmasını davam etdirdik. Onların arasında açılışı bu ilin sonuna planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də var. Bu layihə Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq".

Xəbər lenti
0