Qatil 23 il sonra öldürüldü

© AP Photo / Selcan HacaogluИстребитель F-16
Истребитель F-16 - Sputnik Azərbaycan
Abunə olmaq
Başına 1,5 milyon pul qoyulan terrorçu məhv edilib

BAKI, 5 noy-Sputnik. PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.

Sputnik "Milliyet" qəzetinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin noyabrın 3-də keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan Teres 7 terrorçu yoldaşı ilə birlikdə məhv edilib.

Tunceli valiliyinin verdiyi açıqlamada terror qrupunun gizləndiyi yerin F-16 hərbi təyyarəsi ilə bombalandığı, ardında da hərbi helikopterdən güclü atəşə tutulduğu bildirilib. Əməliyyatdan sonra bölgəni nəzarətdən keçirən antiterror əməliyyatçıları cəsədlərdən birinin İsa Teresə aid olduğunu təsdiqləyib. Cəsədlər dövlət xəstəxanasına, oradan da baş prokurorluğun ilkin ekspertiza rəyi əldə etməsi üçün ədliyyə tibb qurumuna göndərilib   

Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. O, uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.
PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür.

Xəbər lenti
0