Ekspert: İlin sonunda neftin qiyməti təkrar 42-41 dollaradək ucuzlaşa bilər
Bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik-ə açıqlamasında deyib ki, OPEC-in noyabr iclasında razılıq əldə edilməsə, bu, neft bazarında tənzimləyici funksiyası olan bir təşkilatın nüfuzuna xələl gətirən bir addım olar.
“İlk hadisədir ki, OPEC bazardakı kvotalarını dəyişməyə cəhd edir. Əslində bunun üçün də iqtisadi səbəblər çoxdur. Çünki, bazarda təklif kifayət qədərdir. Bu təklifi azaltmaq lazımdır ki, neftin komfortlu qiymət diapazonuna keçid baş versin. 700 min barel hasilatı azaltmasalar, bu mümkünsüzdür. Bunun uzun müddətli olmasa da müəyyən müddət təsir etmək imkanı var. Yəni, 50-55 dollar səviyyələrində bazarda qiymətləri saxlamaq imkanı var”.