Türkiyədə gecəyarı şok həbslər baş verib

© Photo : SonSaniye.TVTürkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu ilin may ayında millət vəkillərinin toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi referenduma ehtiyac olmadan parlamentin 376 deputatı tərəfindən təsdiq edilib.

BAKI, 4 noy – Sputnik. Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş və onun köməkçisi Figen Yüksəkdağ həbs olunub. 

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, S.Dəmirtaş Diyarbəkirdə, F,Yüksəkdağ isə paytaxt Ankarada evində ikən gecəyarısı polis tərəfindən nəzarətə götürülüb. Bundan başqa partiyanın digər 11 üzvü də həbs olunub. Onlar PKK terror təşkilatının propaqandasını etməkdə təqsirləndirilir. 

Məhkəmə tərəfindən barələrində dinlənilmə qərarı çıxarılan HDP-li vəkillər öz xoşluqları ilə ifadə verməyi rədd etdikləri üçün polis onları zorla evlərindən almağa məcbur qalıb. 

Qeyd edək ki, bu ilin may ayında millət vəkillərinin toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi referenduma ehtiyac olmadan parlamentin 376 deputatı tərəfindən təsdiq edilib.

Xəbər lenti
0