Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ləkit şəlaləsi: el arasında onu mamırlı şəlalə adlandırırlar

Abunə olmaq
Azərbaycanın şimalında yerləşən Qax rayonu ərazisində Ləkit şəlaləsi var. El arasında ona mamırlı şəlalə də deyilir.

Üzərini mamır örtmüş qayanın üzərinə dağın başından süzülüb gələn suyun ətrafa şəlalə və bəzən də damcılar şəklində süzülməsi nəticəsində yaranıb. Dağ çaylarında su bol olanda, bu şəlalənin də suyu bol olur, amma su azalanda o, damcılar şəklində süzülməyə başlayır ki, bu da ona bənzərsiz gözəllik bəxş edir. Qış aylarında bu şəlalə adətən donur.

Əlavə edək ki, Ləkit sözü qədimdə həmin ərazidə yaşamış lək tayfalarının adından götürülüb. Ləkit əhalisinin bir hissəsi muğallar adlanır (moğollar) və türkcə danışırlar.

Ləkit şəlaləsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.

Xəbər lenti
0