Ekspert: Yerli istehsal baha başa gəlir

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Pərviz Heydərov: Rüsumu qaldırılan məhsullar ölkə daxilində də istehsal olunur

Ekspert: Süni qiymət artımı baş verərsə, hədəfə nail olmaq çətinləşəcək
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bu aydan etibarən ölkəyə idxal olunan bir sıra mallar üzrə gömrük rüsumlarının artırılması yerli bazarı və yerli istehsalı qorumaq məqsədi daşıyır: “Biz idxal rüsumlarının qaldırıldığı məhsulların çeşidinə fikir versək görərik ki, onların hamısı ölkəmizin daxilində istehsal olunan məhsullardır. Yəni burada idxalın məhdudlaşdırılmasından söhbət getmir. Sadəcə olaraq bir sıra məhsullar üzrrə ölkəyə gətirilmə rüsumları artırılır və qərarla yaxından tanış olsaq görərik ki, bu, həm də müvəqqəti tədbir xarakteri daşıyır”.

“Müəyyən mallar üzrə qiymətlərdə müvafiq artım baş verə bilər. Lakin bu süni şəkildə baş verməzsə, ciddi şəkildə hiss olunmamalıdır – yəni qiymət artımı cüzi xarakter daşımalıdır. Əgər yerli sahibkarlar bundan öz məqsədləri üçün istifadə edib qiymətləri süni şəkildə qaldırarlarsa, bu, hökumətin qarşıya qoyduğu məqsədin reallaşmasına çətinlik törədəcək”, — o bildirib.

Xəbər lenti
0