BAKI, 4 noy – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsindəki özəl televiziya kanallarından birinə geniş müsahibə verib. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən məlumat verir.
Jurnalistin “siz laiksiniz, islamçısınız yoxsa mühafizəkarsınız?” sualına prezidentin cavabı belə olub:
“Mən hər şeydən öncə müsəlmanam. Bu əsasdır. Qaldı ki, müsəlman Rəcəb Tayyib Ərdoğanın həyatında davamlı dəyişikliklər var. Oxuduqca, yaşadıqca və həyatı təcrübə etdikcə bir çox şeyin dəyişdiyini görürsünüz. Və bu dəyişiklik əsnasında siz olduğunuz yerdə qalsanız itirərsiniz. Bu səbəblə özünüzü inkişaf etdirməlisiniz. Biz də bunu bacardıq”.
Ərdoğan dünyəvilik və demokratiya ilə bağlı düşüncələrini də paylaşıb:
“Demokratiyanın tərifini yenidən etdik və dünyaya müsəlman necə siyasət edə bilər göstərdik. Laiqliyin də tərifini yenidən etdik. Bu anlayışın Türkiyədə yanlış anlaşıldığını söylədik. Laiqlik o deməkdir ki, dini və inancı nə olursa olsun hər anlayışdan insan öz əqidəsini yaşaya bilməlidir və bu əqidə dövlət tərəfindən zəmanət altına alınmalıdır. Mən siyasətə gəlidiyim gündən belə düşünürəm”.