ELM

Bu heyvanlar bir-birilərini adla çağırır, doğmalarının ölümünə kədərlənirlər

© AFP 2024 / YURIY LASHOVDelfinlər, arxiv şəkli
Delfinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şotlandiya alimləri bəyan ediblər ki, yeni doğulmuş delfinlər belə öz analarının səsini çox dəqiq tanıyırlar.

BAKI, 4 noy-Sputnik. Şotlandiyanın Sent-Endryus universitetinin (University of St Andrews in Scotland) alimləri bəyan ediblər ki, delfinlər bir-birilərini adları ilə çağırırlar.
Proceedings of the Royal Society B nəşrinin yazdığına görə, bu dəniz canlıları bir-biriləri ilə fit səsləri vasitəsilə danışırlar.

Sputnik-in Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Krımda belə bir söhbət dolaşırmış ki, Pantikapeyadan olan yunan oğlan əlaqə saxladığı delfinlərdən biri ilə dostlaşıb və onu adı ilə çağırıb. Bu canlı dostunun çağırışına elə cavab verib ki, sanki onunla danışır. Bundan əlavə, yunan adaları dənizdə boğulan uşaqların delfinlər tərəfindən xilas edilməsi kimi möcüzələrlə məşhurdur. 

Bu səbəbdən aparıcı ixtioloqlar Florida buxtasında növbəti araşdırmalarını aparıblar. Onlar bu sırada delfinlər tərəfindən yayılan səsləri analiz ediblər.

Mütəxəssislər fit səsini xüsusi cihaz vasitəsilə yazıblar. Nəticədə məlum olub ki, delfinlər öz opponentləri ilə danışarkən fit səsini xüsusi intonasiya ilə tələffüz edir, ada oxşar bir şey deyirlər. Heyvanlar məhz həmin səsi təkrarlayır və yalnız bundan sonra yeni fiti səsləndirirlər.

Alimlərin ehtimalına görə, yeni doğulmuş delfinlər belə öz analarının səsini çox dəqiq tanıyırlar.

Qeyd edək ki, daha əvvəl alimlər sübut etmişdilər ki, delfinlər də eynən insanlar kimidirlər. Onlar öz yaxınlarının ölümünə kədərlənirlər.

Aparılan araşdırmalar göstərib ki, dənizlərin sakinləri üçün təsadüfi ölüm qaçılmazdır. Delfinlər hər bir vəziyyətə müxtəlif reaksiya verirlər.

Xəbər lenti
0