Əliyeva: Uşaqlara indi peyvənd vurularsa, 10-15 ildən təsirini göstərəcək
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyir ki, yaxın gələcəkdə Azərbaycanda yeni peyvənd yarana bilər. Lakin onun həm tərəfdarları, həm əleydarları var: “Bu, yoxlanılmış, kliniki müayinələrdən keçmiş peyvənddir. Əksər ölkələrdə bu yüksək səviyyədə tətbiq olunub. Əlbəttə ki, bunun effektini bir neçə ildən sonra görmək olar. Uşaqlara indi peyvənd vurularsa, 10-15 ildən sonra müəyyən olar ki, bu, papilloma virusu tərəfindən törədilən uşağlıq boyunu xərçənginin azalmasına səbəb olur”.
“Peyvənd aparıldıqdan 10-15 il sonra bu xəstəliyin azalması müşahidə olunacaq. İnternetdə bu haqda fərqli məlumatlar ola bilər. Əlbəttə ki, pozitiv və düzgün məlumatları oxumaq lazımdır”, — deyə o bildirib.