CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: Saxta nömrələrə görə cərimələrin artırılmasına ehtiyac görmürəm

© Sputnik / Murad OrujovRəşid Behbudov küçəsində avtomobiilər, arxiv şəkli
Rəşid Behbudov küçəsində avtomobiilər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərşad Hüseynov: Elektron izlənmə sistemləri kifayət qədər operativ şəkildə bunun qarşısını almağa imkan verir.

BAKI, 3 noy-Sputnik. Türkiyədə avtomobil nömrələrində dəyişiklik edənlər və nömrəni oxunmaz bir vəziyyətə salanlar üçün yeni cəzalar “Resmi Qazete”də dərc edilib. Saxta nömrə istifadə etmənin cəzası isə olduqca ağırlaşıb. 

Nəqliyyat vasitəsinin sənədlərini təqdim edə bilməyən və nömrəni müəyyən olunmuş yerə taxmayan sürücülərə 49 manat pul cəzası tətbiq olunacaq. Nəqliyyat vasitəsini nömrəsiz istifadə edən sürücülərə 899 manat cəza yazılacaq. Nömrə taxılana qədər isə həmin vasitə nəqliyyatdan kənarlaşdırılacaq.

Nəqliyyat vasitələrini saxta nömrə ilə istifadə etdikləri təsbit edilən sürücülərə 2 min 646 manat pul cəzası yazılacaq. Saxta nömrə istifadə edən sürücülər “Rəsmi sənədlərdə saxtakarlıq” cinayəti işlədiklərinə görə 2 ildən 5 ilə qədər həbs cəzası ilə cəzalandırılacaqlar. Saxta nömrə istifadə edən hökumət rəsmiləri isə 3 ildən 8 ilə qədər həbs cəzası alacaq. 

Bununla bağlı Azərbaycanda vəziyyət necədir və cəzalar ağırlaşdırıla bilərmi?

Məsələ ilə əlaqədar yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bu, 60 manat və 4 cərimə balı ilə cərimələnir: “Saxta nömrə deyəndə standartdan kənar olan və yaxud da avtomobilin özünə aid olmayan nömrə nişanı ilə sürücü nəqliyyat vasitəsini sürürsə, ona görə 60 manat və 4 cərimə balı ilə cərimələnir. Amma burada bir məsələ var. Əgər sürücü saxta nömrədən istifadə edib cinayət hadisəsində alət kimi istifadə edərsə, onda sadəcə saxta nömrədən istifadə deyil, cinayəti törətməyə görə məsuliyyətə cəlb olunacaq. Yəni, o məsələ çərçivəsində həll olunacaq. Törətdiyi cinayətdən asılıdır”.

Ekspert bildirib ki, ola bilər Türkiyədə belə nəzərdə tutulur ki, sürücü saxta nömrədən istifadə edib hansısa bir kriminal əməldə bundan yararlanır: “Bizim qanunvericilik hələ ki 60 manat cərimə nəzərdə tutur. Azərbaycanda da belə hallar var. Elektron izlənmə sistemləri kifayət qədər operativ şəkildə bunun qarşısını almağa imkan verir. Hələlik cərimələrin artırılmasına ehtiyac görmürəm”.

Xəbər lenti
0