Saxta nömrələrdən istifadə edənlər 8 ilə qədər həbs cəzası alacaq

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidAvtomobillər
Avtomobillər - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə saxta avtomobil nömrəsi işlədənlərin cəzası ağırlaşdırılıb.

BAKI, 3 noy-Sputnik. Türkiyədə avtomobil nömrələrində dəyişiklik edənlər və nömrəni oxunmaz bir vəziyyətə salanlar üçün yeni cəzalar “Resmi Qazete”də dərc edilib. Saxta nömrə istifadə etmənin cəzası isə olduqca ağırlaşıb.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, nəqliyyat vasitəsinin sənədlərini təqdim edə bilməyən və nömrəni müəyyən olunmuş yerə taxmayan sürücülərə 49 manat pul cəzası tətbiq olunacaq.

Nəqliyyat vasitəsini nömrəsiz istifadə edən sürücülərə 899 manat cəza yazılacaq. Nömrə taxılana qədər isə həmin vasitə nəqliyyatdan kənarlaşdırılacaq.

Nəqliyyat vasitələrini saxta nömrə ilə istifadə etdikləri təsbit edilən sürücülərə 2 min 646 manat pul cəzası yazılacaq. Saxta nömrə istifadə edən sürücülər “Rəsmi sənədlərdə saxtakarlıq” cinayəti işlədiklərinə görə 2 ildən 5 ilə qədər həbs cəzası ilə cəzalandırılacaqlar. Saxta nömrə istifadə edən hökumət rəsmiləri isə 3 ildən 8 ilə qədər həbs cəzası alacaq.


Xəbər lenti
0