Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qatıqla zeytun yağı nəyə qadirdirlər?

© masarehberi.comZeytun
Zeytun - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq təbabətində qəbizlikdən qurtulmaq üçün çoxlu sayda reseptlər var. Sizə ən tanınmış reseptlərdən birini təqdim edirik.

BAKI, 3 noy – Sputnik. Hal hazırda qəbizlik bütün dünyada çox yayılmış pozulmadır. Bunun əsas səbəbi müasir insanların həyat tərzidir. Sputnik bu barədə saglamolun.az-a istinadən xəbər verir.

Müasir insanların əksəriyyəti sağlam şəkildə qidalanmır, az hərəkət edir, az su içir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların normal fəaliyyəti pozulur və qəbizlik inkişaf edir.

Xalq təbabətində qəbizlikdən qurtulmaq üçün çoxlu sayda reseptlər var. Sizə ən tanınmış reseptlərdən birini təqdim edirik.

1 stəkan təzə qatığa 1 desert qaşığı zeytun yağı və 1 desert qaşığı buğda kəpəyi əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1-2 saat əvvəl için. Qarışıq bağırsaqları çox yaxşı "yumşaldır".

Xəbər lenti
0