BAKI, 3 noy – Sputnik. PKK İraqın şimalındakı Qəndil dağındakı 3 düşərgəsini İrana köçürüb. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Yeni Şafak qəzeti məlumat yayıb.
Xəbərdə iddia olunur ki, PKK-nın köçürmə əməliyyatına rəsmi Tehran göz yumub.
“İraq sərhədləri içərisində qalan terror düşərgələrinin Türk F-16 qırıcıları tərəfindən vurulması səbəbi ilə PKK rəhbərliyi öz kirli planlarını İran ərazisindən icra edir”, — qəzet yazıb.