Obamanı "qorxaq" adlandırdılar

© REUTERS / Kevin LamarqueБарак Обама, президент США
Барак Обама, президент США - Sputnik Azərbaycan
Abunə olmaq
Anders Foq Rasmussen: ABŞ dünyanın jandarmı rolunu oynamalıdır, bu bizə lazımdır. Vaşinqton dünya liderliyi nümayiş etdirməlidir.

BAKI, 3 noy – Sputnik. NATO-nun sabiq baş katibi, hazırda isə Ukrayna prezidentinin müşaviri işləyən Anders Foq Rasmussen Amerika Birləşmiş Ştatlarını dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb. Sözlərinin davamında Rasmussen Ağ Ev rəhbəri Barak Obamanı da tənqid edərək, onu qətiyyətsizlikdə ittiham edib.

Sputnik RT-yə istinadən xəbər verir ki, keçmiş baş katib deyib ki, ABŞ prezidenti ordudan çox könülsüz istifadə edir: “ABŞ dünyanın jandarmı rolunu oynamalıdır, bu bizə lazımdır. Vaşinqton dünya liderliyi nümayiş etdirməlidir. Amerikanın digər ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Çünki böyük dövlətlər təqaüdə çıxmır”.

Bundan başqa Anders Foq Rasmussen Donald Trampın ABŞ-da prezident seçilməsi ehtimalını da dəyərləndirib. O, bununla bağlı narahatlığını bildirib. Rasmussenə görə, bu cür ssenari çox təhlükəli ola bilər.

Xəbər lenti
0