Əfəndiyeva: Biz gözləməzdik ki, Azərbaycanda bu qədər istedadlı uşaqlar var

© Sputnik / Murad OrujovДиректор Бакинского Международного джаз-фестиваля Лейла Эфендиева
Директор Бакинского Международного джаз-фестиваля Лейла Эфендиева - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: cazda musiqi alətlərinin inkişaf problemi var

Leyla Əfəndiyeva: Bu cavan musiqiçilər Azərbaycanın bayrağını xaricdə qaldırıblar
22-30 oktyabr tarixlərində Bakıda 2016-cı ilin Beynəlxalq Caz Festivalı keçirilib. Ənənəyə görə bu festival hər ilin oktyabr ayında Bakıda keçirilir. Festivalın direktoru Leyla Əfəndiyevanın deyir ki, “I’m a jazzman” adlı müsabiqə 2005-ci ildə yaranıb və artıq 2006-cı ildə İsfər Sarabski kimi gənc musiqiçilərimiz birinci yerləri tutublar: “Bu cavan musiqiçilər xaricə gedib birinci yerləri tutaraq Azərbaycanın bayrağını qaldırıblar. Bu il biz qərara gəldik ki, bu müsabiqəni davam etdirək. Çünki cazda musiqi alətlərinin inkişaf problemi var. Biz çox istəyirdik ki, caza meyilli olan cavan musiqiçiləri cəlb edək”.

“Müsabiqə çox böyük uğurla keçdi. Yarım il öncə, 14-30 yaş arası 50-dən artıq iştirakçı müəyyən olmuşdu. Lakin birinci və ikinci turlarda uşaqların sayı azaldı, çünki münsiflər heyəti ikinci turda çox ciddi oldu. Mən çox şadam ki, çox istedadlı və bacarıqlı musiqiçiləri biz müəyyən edə bildik. İkinci turda başqa ölkədən gələn musiqiçilər də iştirak ediblər. Birinci yeri bal sayına görə Rusiyadan Alina Rostotskaya və Azərbaycandan Məlik Məmmədov bölüşdürüblər. Vokalda ikinci yeri isə Cəmilə Nəsirzadə qazanıb”, — deyə o bildirib.

Xəbər lenti
0