BAKI, 3 noy – Sputnik. Almaniya kansleri Angela Merkel “Cümhuriyyət” qəzeti əməkdaşlarına qarşı keçirilən polis əməliyyatına görə, Türkiyəni tənqid edib.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Merkel son hadisələri “həyəcan verici” adlandırıb.
O, həbslərin qanunauyğun olması ilə bağlı ciddi şübhələrinin olduğunu bildirib.
“Uğur Dündarın işində olduğu kimi, indi də həbs edilən jurnalistlərə qarşı istintaq və məhkəmə iclaslarını təqib edəcəyik. Müttəfiqimiz Türkiyədə çətin şərtlər altında mətbuat və söz azadlığı uğrunda mübarizə aparanlar, həmrəyliyimizdən əmin ola bilərlər” deyə Merkel əlavə edib.