BAKI, 2 noy – Sputnik. Belarusun paytaxtı Minskdə 54 il əvvəl, dövrün Sovet rejimi tərəfindən dağıdılan Minsk mǝscidi, Türkiyənin dəstəyi ilə yenidən tikilib. Mǝscid 11 Noyabrda ibadǝtǝ açılacaq.
Sputnik TRT-yə istinadən bildirir ki, təxminən 100 min müsəlmanın yaşadığı Belarusda, 1890-cı ildə tikilǝn, keçmiş Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövründə yerinə otel inşa etmǝk üçün yıxılan mǝscid, Türkiyə Diyanət Vəqfi tərəfindən əslinə uyğun olaraq yenidǝn inşa edilib.
Tikintisinǝ 2014-ci ildə başlanan məscid Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Dövlət Başçısı Aleksandr Lukaşenko, Diyanət İşləri Başçısı Mehmǝt Görmǝz və Avrasiya bölgəsindən dini nümayəndələrin dǝ iştirak edǝcǝklǝri mǝrasimlǝ yenidǝn ibadǝtǝ açılacaq.
2500 nǝfǝr tutumlu mǝscidin birinci mǝrtǝbǝsindǝ konfrans vǝ sərgi salonu ilǝ kompüter otaqları yerləşir.