Qatar bileti ucuzlaşdı

© Sputnik / Murad OrujovПоезд Stadler на бакинском железнодорожном вокзале
Поезд Stadler на бакинском железнодорожном вокзале - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlər indi Bakı-Sumqayıt qatarına "biznes" sinfi üçün bileti 1,20 manata əldə edə bilərlər.

BAKI, 2 noy — Sputnik. Bakı-Sumqayıt sərnişin qatarına "biznes" sinfi üçün biletlərin qiymətində dəyişiklik edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Modern.az-a daxil olan məlumata görə, sərnişinlər indi Bakı-Sumqayıt qatarına "biznes" sinfi üçün bileti 1,20 manata əldə edə bilərlər. 

Qeyd edək ki, yenilik noyabrın 5-dən etibarən tətbiq ediləcək. 

Hazırda "biznes" sinfinə biletlər 1,60 manata satılır.

Xəbər lenti
0