BAKI, 2 noy-Sputnik. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 31-nə 4005,5 mln. ABŞ dolları təşkil edib.
Sputnik Mərkəzi Bankın saytına istinadla xəbər verir ki, bu, sentyabr ayı ilə müqayisədə 3,08% və ya 127,2 mln. dollar azdır.
Keçən ilin eyni dövrü ilə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 41,4% və ya 2 mlrd. 829,1 mln. dollar azalıb.