BAKI, 2 noy — Sputnik. Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.
Sputnik xəbər verir ki, "West", "Winchester" və "Viceroy" brendi altında istehsal olunan siqaretlər (bir neçə çeşiddə istehsal olunur) 0,10 manat bahalaşıb.
Belə ki, bir qutu "West"i indi 1 manat 80 qəpiyə almaq mümkündür.