BAKI, 2 noy-Sputnik. Dövlət başçımız “Sputnik” İnformasiya Agentliyinə verdiyi müsahibəsində çox mühüm məsələlərə toxunub. Bu məsələlər xarici siyasət, daxildə və iqtisadiyyatda baş verən hadisələri təhlil edən məqamlardır.
Bunu noyabrın 2-də “Sputnik” Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi Qafqaz və Yaxın Şərq regionundakı cari vəziyyət və İlham Əliyevin Dmitri Kiselyova müsahibəsində verdiyi mesajlar” mövzusunda keçirilən “Cənubi Qafqaz” politoloqlar klubunun 45-ci iclasında politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, müsahibədə həm Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi təhlil olunub, həm Yaxın Şərq ölkələrində baş verən hadisələrə toxunulub, həm də bizim bu regiona münasibətimiz və prinsipial yanaşmamız bildirilib: “Eyni zamanda, həm iqtisadi məsələlər, enerji layihələri və Rusiya-Türkiyə münasibətlərinə toxunulub. Bu konteksdə Azərbaycanın rolu və mövqeyi çox mühüm bir amildir. Biz bilirik ki, Türkiyə və Rusiyanın münasibətlərinin gərgin olması Azərbaycanın maraqlarına cavab vermirdi. Azərbaycan əlindən gələni etdi və vasitəçilik missiyasını da yerinə yetirdi ki, bu münasibətlər yenidən bərpa olunsun. Biz buna nail ola bildik”.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdəki acınacaqlı vəziyyət öz-özünə yarana bilməzdi – oraya kənardan müdaxilə olunub. “Çünki hər qüvvə müəyyən siyasi oyunçu tərəfindən dəstəklənir. Bu, dünyada baş verən qarşıdurmanın nəticəsidir. Yaxın Şərqdə baş verənləri yalnız bununla anlatmaq olar”, — deyə o bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun sözlərinə görə isə, prezident öz müsahibəsində altı əsas məsələyə toxunub: “Birinci məsələ Azərbaycandakı Konstitusiya dəyişikliyinə aid idi. Cəmiyyətdə elə fikirlər vardı ki, referendumdan sonra növbədənkənar prezident seçkiləri keçirilə bilər. Lakin prezident müsahibədə bildirdi ki, növbədənkənar seçkilər olmayacaq, növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Məncə, bu, Azərbaycan cəmiyyəti üçün müsahibənin əsas mesajı idi. İkincisi, prezident enerji layihələri məsələsinə toxunub. O qeyd etdi ki, indi reallaşdırılan TAP və TANAP layihələri Türk axınına alternativ deyil. Üçüncüsü, prezident Suriya məsələsinə toxunub. O qeyd edib ki, Rusiyanın beynəlxalq terrorçularla mübarizə aparacaq böyük koalisiyanın yaradılması haqda fikri ilə razıdır. Çətin ki, belə koalisiya yaxın gələcəkdə yaradılsın, çünki Rusiya nə qədər çalışsa da, ABŞ bu koalisiyanın
Tədbirdə iştirak edən rusiyalı ekspert Oleq Kuznetsov da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın AİB-ə qoşulmasında əsas maneə olduğunu deyib. “Avrasiya İqtisadi Birliyinin qanunlarına görə də bu, aşılmaz maneədir. Çünki birliyin bütün vergi gəlirləri iştirakçı ölkələr arasında proporsional olaraq bölünür. Azərbaycan bura qoşulsa, onun gəlir payı Ermənistanın gəlir payından çox olacaq. Gəlirlər bölünəndə isə Ermənistan öz payından artıq pul alacaq. Elə alınır ki, Azərbaycan öz düşmənini, işğalçını yedirdəcək. Təbii ki, sizin ölkə və siyasi rəhbərlik belə addım atmayacaq”, — deyə o əlavə edib.