Ekspert: Sinifdə 40-45 şagird varsa, təlimin keyfiyyətindən söhbət gedə bilməz

© Photo : musavat.comMəlahət Mürşüdlü, təhsil eksperti
Məlahət Mürşüdlü, təhsil eksperti - Sputnik Azərbaycan
Abunə olmaq
Məlahət Mürşüdlü: Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır.

Təhsil eksperti Məlahət Mürşüdlü
Orta məktəblərdə şagird sıxlığı daha çox Bakının mərkəzi məktəblərində hiss olunur. Bunu təhsil eksperti Məlahət Mürşüdlü Sputnik-ə açıqlamasında deyib.

Ekspert bildirib ki, yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkandan, Buzovnadan və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər:

“Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Bu, qaydaya ciddi şəkildə riayət olunurdu. Məsələn, Türkiyə də belə bir qayda var və bu, sıxlığın qarşısını alır. Uşaq yaşadığı ərazidə olan məktəbdə təhsil almalıdır. Başqa məktəblərə getmək imkanları məhduddur. İlk növbədə bunu həyata keçirmək olar”. 

Xəbər lenti
0