CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebook-un sizi ölümdən xilas etdiyini bilirsiniz?

© pixabay / USA-ReisebloggerSosial şəbəkə istifadəçisi, arxiv şəkli
Sosial şəbəkə istifadəçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kaliforniya Universiteti: sosial şəbəkələr bu şəxsləri ölümdən xilas edib.

BAKI, 1 noy-Sputnik. Kaliforniya Universitetindən olan amerikalı alimlər əmindirlər ki, sosial şəbəkələr vasitəsilə ictimaiyyətlə əlaqə yaradan insanların ömrü uzanır. 

Bu barədə Sputnik xarici mediaya istinadla xəbər verir.

Tədqiqatçılar əsasən Kaliforniya əyalətində yaşayan və Facebook-da xeyli vaxt keçirən 12 milyon amerikalının şəxsi məlumatlarını öyrəniblər. Məlum olub ki, bu cür vaxt keçirmək olduqca xeyirlidir və sosial şəbəkələr insanların ömrünün uzanmasına səbəb ola bilər. Amma sosial şəbəkə üzərindən ünsiyyətlə bərabər canlı ünsiyyət də vacibdir.

Tədqiqatın müəllifi Uilyam Hobbs bildirib ki, tədqiqat nəticələri Facebook istifadəçilərinin tibbi sığortası ilə bağlı məlumatlara əsaslanır. Tədqiqatda iştirak edənlərin yaş həddi 25-70 arasıdır. 

Bu insanların ölümünə yol açacaq xəstəliklər haqqında məlumatları təhlil edərkən, tədqiqatçılara məlum olub ki, Facebook-la əlaqə vaxtından əvvəl ölüm riskini 12% aşağı salıb.

“Sosial şəbəkələr vasitəsilə əlaqələr zamanı insanlar maraqlı məlumatlarla rastlaşır və ünsiyyət yaradırlar. Bu zaman onların xəstəlikləri, dərdləri yaddan çıxır. Facebook depressiyadan çıxmağa kömək edir. İnsanlarla əlaqələr adamların həyatını daha maraqlı, rəngli və cazibəli edir. Ən əsası isə adamları darıxmağa qoymur” – deyə Hobbs bildirib.  

Sosial şəbəkələrlə ünsiyyətə dair araşdırmanın nəticələrini təhlil edən mütəxəssislər qeyd ediblər ki, bununla bağlı bir sıra faktları dəqiqləşdirmək lazımdır. 

Onlar müəyyənləşdiriblər ki, ölüm riski azalan adamların digər Facebook istifadəçiləri ilə əlaqə yaratmaq imkanları var. Əvvəla onlar facebookdan istifadə edərkən işdə çox da yorulmurlar. Üstəlik bu insanların qadjetlər (müasir elektron cihazlar-red.) almaq imkanları olduğu üçün, demək ki, əhalinin kasıb təbəqəsi sayılmırlar. 

Bütün bu faktorlar göstərir ki, sosial şəbəkə istehsalçılarının orqanizmləri kənar mənfi təsirlərə daha az həssasdır. 

Xəbər lenti
0